"Qısqanc insanlar boşandıqdan sonra daha aqressiv münasibət göstərir"

SOSİAL
22:19 / 26.12.2024
76

Məlumdur ki, son zamanlar boşanmaların sayı artmaqda davam edir.

Tərəflər rəsmi şəkildə ayrılsalar da, bəzi hallarda kişilər boşandığı qadını qısqanır və ona həyatı dar edir.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, boşanmaq özü bir mədəniyyətdir və tərəflər boşanma prosesində o qaydaları gözləməyi bacarmalıdır:

"Qısqanc insanlar boşandıqdan sonra daha aqressiv münasibət göstərir. Bəzən kişi ayrıldığı həyat yoldaşını qısqanır. Rəsmən ayrılıblarsa, artıq qadın və kişi həyat yoldaşı deyil. Onlar qərar qəbul etməkdə müstəqildir. Bu zaman biri digəri ilə savaşmaqdansa, öz psixoloji durumunun qeydinə qalmağı daha məqsədəuyğun olardı. İfrat qısqanclıq varsa, ilk növbədə bu, müalicə edilməlidir. İndi ailələrdə qısqanclıq zəminində şiddət, ayrılma və ölümlə bitən hallara rast gəlirik. Bu onu göstərir ki, qısqanclıq ailələrimizdə artıq ciddi bir problem kimi nəzərə alınmalıdır".

Sevinc

0