Bu gün məktəblərdə məktəblilər üçün vahid geyim tətbiq olunub.
Bir qayda olaraq, şagirdlər məktəbə vahid geyimdə gedir. Bu yaxşı haldır. Ancaq yuxarı sinif məktəbli qızlar dərsə gedərkən bəzi qaydalara əməl etmir. Yəni saçları açıq, makiyajlı olur.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, hər bir ölkənin özünə aid dress kod şərtləri var:
"Bizdə bu şərt geyimlə bağlı tətbiq edilib. Ancaq bəzi qaydalara əməl edilmir. Ümumiyyətlə, yaxşı oxuyan, çalışan, məqsədi olan, daxilən xoşbəxt, ailə sevgisi, qayğısı, diqqət görən uşaqlar saçlarını fərqli rənglərə boyamırlar, makiyaj etmirlər və pirsinqə həvəsləri olmur. Məktəblilər fərqli görünməkləri ilə özlərini cəlb edərək, ana ilə münaqişə, ünsiyyət qura bilməməsi, ananın övladı ilə daha az zaman keçirməsi və ya başqalarını üstün tutmasından irəli gəlir".
Sevinc