Uşaqlara xərclik necə verilməlidir?

SOSİAL
23:34 / 27.12.2024
77

Müəyyən yaşdan sonra uşaqlara xərclik verir. Xərclik uşağın yaxşı bir hərəkətinə görə mükafat və ya öhdəliyində olan hansısa bir işin əvəzinə ödəmə deyil. Xərclik uşağa seçməyi, məsuliyyət hissini öyrətmək üçün vasitə olmalıdır
 
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, uşaqlara 9-10 yaşlarından pul verilməlidir:

“Uşağa pullarını yığa bilməsi üçün pul qabı hədiyyə etmək, müəyyən miqdarda pul yığdıqdan sonra ona zəruri olan nəyisə ala biləcəyini izah etmək lazımdır. Bu uşaqlarda məsuliyyət hissini artıracaq, gələcəklə bağlı plan qurmağı, büdcəsini düzgün istifadə etməyi öyrədəcək. Uşağa qədərindən çox xərclik vermək ona xoşbəxtlik deyil, bədbəxtlik və doyumsuzluq gətirir. Uşaq gərək olduğundan artıq xərcliyi doğru formada istifadə etmir. Uşağa çox xərclik vermək yalnız ona deyil, dostlarına da zərər yetirir.  Ən əsası, xərclik uşağa ailəsinin ona dəyər verdiyini, onu bir şəxsiyyət kimi qəbul etdiyini hiss etdirir”.

Sevinc
 

0