Tort yeməyin hansı zərərləri var? - "Həddindən artıq..."

SOSİAL
14:25 / 29.12.2024
250

Ad günləri süfrələrinin vazkeçilməzi tortdur.

Həmçinin, toy və ya digər şad günlər üçün də xüsusi tortlar hazırlanır. Bu, bir növ şadlıqları qeyd etmə şirniyyatı kimi xarakterizə olunur. Lakin bəzi insanlar həddindən artıq tort yeməyə meyilli olurlar. Onlar, tortu o qədər sevirlər ki, çox yemək istəyirlər. Bəzi insanlar isə sadəcə ad günlərində tort yeməyə üstünlük verirlər. 

Ümumiyyətlə, tortun hansısa mənfi təsirləri var? 

Mövzu ilə bağlı qida məsələləri üzrə ekspert Ağa Salamov Hit.az-a açıqlama verib. O bildirib ki, tortun zərərləri yoxdur:

365101

"Lakin onun tərkibi boş karbohidrat olan undan və şəkər tozundan ibarətdir. Burada vitamindən və ya mineraldan söhbət getməz. Üstəlik, ad günlərini və şadlıqları da tortsuz təsəvvür etmək çətindir. Yəni tort həmin özəl günlərin əvəzolunmazıdır. Ad günlərində və ya toylarda tort yeməyin hər hansısa zərəri yoxdur. 

Sadəcə olaraq tortu normadan artıq yeməməyə fikir vermək lazımdır. Həddindən artıq tort yedikdə karbohidrat deposunda balans aşılır. Bunun isə bir çox zərəri ola bilər. Həmçinin, obez və ya şəkərli diabet xəstələri də bir az ehtiyatlı olmalıdırlar".

Pərviz

0