Cavan qızlar niyə babası yaşında kişilərə maraq göstərir?

SOSİAL
21:37 / 29.12.2024
162

Bu gün cavan qızların yaşlı kişi ilə münasibət qurması, hətta onunla izdivaca girməsi adi qarşılanır. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, bu gün  oxumaq, əməyi və vicdanı ilə pul və karyera qazanmaqdan daha çox yüngül həyat hesabına pul qazanmağa daha çox üstünlük verirlər:

 “Gənc qızla eşq yaşayan yaşlıların tam əksəriyyəti cəmiyyətdə böyük postlar tuturlar.Yaşlı kişilər kiminlə münasibətdə olduqlarının fərqindədirlər. Və onların həyatına rəng qatan gənc qızı asanlıqla itirmək istəmirlər. Ona görə də qızların istədiyini məmnunluqla icra edirlər.  Gənc oğlanlar əyləndikləri qızları tez-tez təhqir edir, döyür və digər zorakılğa məruz qoyurlar. Ona görə də bu cür xoşagəlməz hallardan sığortalanmaq üçün qızlar qocalara üz tuturlar. Həmçinin, yaşlı kişi cavan qıza daha çox pul xərclədiyi üçün gənclər öz yaşıdlarına deyil, babası yaşında şəxslərlə münasibət qurmağa üstünlük verir”.

Sevinc
 

0