Amerikalı psixoloq Mark Trevers "Forbes" üçün yazdığı məqalədə bildirib ki, ailə qurmaq insan həyatında ən vacib seçimlərdən biridir. Bu gün cəmiyyətin gözləntilərinə görə deyil, şəxsi qərarlarla uşaq sahibi olmağı seçən və ya seçməyənlərin sayı artmaqdadır.
Qaynarinfo xəbər verir ki, 2024-cü ildə Amerikan Psixoloji Assosiasiyasının dərc etdiyi bir araşdırmaya görə, bu seçimin səbəbləri müxtəlifdir: iqtisadi çətinliklərdən gələcək siyasətlə bağlı narahatlıqlara qədər.
Övlad sahibi olmadan həyatın bəzi üstünlükləri:
Maliyyə azadlığı: Pew Araşdırma Mərkəzinin 2024-cü il hesabatına əsasən, uşaqları olmayan böyüklərin 61%-i, valideynlikdən imtinanın maliyyə məqsədlərinə çatmaq üçün şərait yaratdığını düşünür.
Zaman tamamilə sizindir: Kornell Universitetində 1997-ci ildə aparılmış bir araşdırmaya görə, iki uşağın 18 yaşa qədər böyüdülməsi üçün orta hesabla 57 661 saat tələb olunur. Uşağı olmayan insanlar bu zamanı şəxsi layihələrə, karyera inkişafına və ya dünya səyahətlərinə sərf edə bilərlər.
Sosial çətinliklər və stereotiplər: Uşaqları olmayan insanlar tez-tez ailəyə yönəlmiş tədbirlərdə kənarda qalır və ya tənqidə məruz qalır. 2009-cu ildə "Facts, Views & Visions" tərəfindən aparılmış araşdırmada, uşaqları olmayan cütlüklərin uşaq sahibi olan dostlarla ünsiyyətin çətinləşdiyi qeyd olunub.
Cəmiyyətin gözləntiləri: BBC-nin 2021-ci ildəki məqaləsinə əsasən, işəgötürənlər bəzən uşağı olmayan işçilərə daha az imtiyaz verir və ya maaş artımı məsələsində onları geri planda saxlayır. Bu, uşağı olmayan insanlarda öz seçimlərinin haqsızlıqla qiymətləndirildiyi hissini yaradır.
Nəticə: Həyat tərzi seçimi fərdi dəyərlər və məqsədlərlə uyğun olmalıdır. Övlad sahibi olub-olmamaq seçimi şəxsi qərardır və hər bir fərdin unikal həyat tərzini əks etdirir.