Bəzi valideyinlər nə üçün məktəbəhazırlığa müsbət baxmırlar? - ŞƏRH

SOSİAL
12:02 / 07.01.2025
131

Ölkəmizdə ibtidai təhsil 6 yaşdan başlayır. 

Uşaqlar 6 yaşdan etibarən məktəbə gedirlər. Bu, icbari bir sistemdir. Yəni hər bir uşaq o yaşlarda şagird olmalıdır. Çünki bu, cəmiyyətin oxuma-yazma savadlılığı baxımından olduqca vacibdir. Lakin məktəbə qədər təhsil də var. Belə kurslarda uşaqları məktəbdə öyrənəcəkləri məlumatların bir çoxu ilə erkən yaşda tanış edirlər. Nəticədə, həmin uşaqlar məktəbə gedəndə 1-ci sinifdə çox çətinlik çəkmirlər. 

Valideynlərin bəziləri uşaqlarını erkən yaşdan məktəbəhazırlığa göndərir. Onlar, bunun müsbət nəticə verəcəyini düşünürlər. Lakin bəzi valideyinlər bunun tam əksini fikirləşirlər. Həmin valideyinlər uşaqlarının erkən yaşdan yükləndiyini və başqa düşüncələrə qapılırlar. Səbəblər fərqli olsa da, uşaqlarını məktəbəhazırlıq kurslarına göndərməyən valideyinlərlər çoxluq təşkil edir. 

Bəs buna səbəb nədir? Nə üçün bəzi valideyinlər uşaqlarını məktəbəhazırlıq kurslarına göndərməyə müsbət yanaşmırlar? 

Mövzu ilə bağlı təhsil eksperti Cahid İmanlı Hit.az-a açıqlama verib. O bildirib ki, 5 yaşlıların məktəbəhazırlığa cəlb edilməsi icbari qaydada deyil:

365525

"Yəni valideyinlərin uşaqlarını məktəbəqədər hazırlıq qruplarına yazdırmamaq hüququ var. Üstəlik, məktəbəhazırlıq qruplarına qoşulmayan uşaqların 1-ci sinifə qəbulunda da heç bir məhdudiyyət tətbiq olunmur".

Lakin mütəxəssis qeyd edib ki, bəzi valideyinlər müxtəlif səbəblərə görə uşaqlarını məktəbəhazırlıq qruplarına qoymaq istəmirlər:

"Bir qrup valideyin ümumiyyətlə ümumtəhsil məktəbindən narazı olduğu üçün övladının ya özəl kurslarda, ya da fərdi məşğələlərdə təhsil almasına üstünlük verir. Bəzi valideyinlər də xüsusilə rayon yerlərində yaşayanlar uşaqlarının erkən yaşda təhsil almasını uyğun hesab etmirlər. Hətta bir çox valideyin ümumiyyətlə övladlarının təhsilə marağı olmadığını görür. Bu səbəbdən də uşaqlarını məktəbəhazırlıq kurslarına göndərməyə müsbət yanaşmırlar".

Pərviz

0