Bəzi şəxslər nə üçün məşhur olmağa çalışırlar? - Psixoloq SƏBƏB GÖSTƏRDİ

SOSİAL
13:12 / 10.01.2025
59

"İnsanların etdikləri hər şey əslində uşaqlıqlarından qaynaqlanır".

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, uşaqlıq həyatı insanın gələcəyinə təsir edə bilir:

"Məsələn, məktəbdə aldıqları yüksək qiymətlər və etdikləri yaxşı işlər valideynləri tərəfindən görülməyən uşaqlar o zaman məyus olur. Bir uşaq valideynlərinin diqqətini çəkməyəndə gələcəkdə hər kəs tərəfindən sevilməyə nail olmaqla bağlı özünə məqsəd qoyur. 

Nəticədə, onlar böyüdükdə başqaları tərəfindən dəyər görmək isəyirlər. Bu isə tanınma və sevilmək ehtiyaclarını yaranmasına gətirib çıxarır. Belə insanlar gələcəkdə etdikləri işlərin hər kəs tərəfindən bilinməsini və təqdir edilməsini arzulayırlar".

365720

Ekspert qeyd edib ki, bəzi insanlar müəyyən yaşa çatdıqdan sonra nə olur-olsun məşhurlaşmaq istəyir:

"Çünki uşaq vaxtı fərq edilməmək duyğusunu böyüyəndə geridə buraxmaq istəyirlər. Onlar, hər kəsin sevgisini və rəğbətini qazanmağa çalışırlar. Yəni bir çox insan uşaq vaxtı yaşadığı natamamlıq duyğusunu böyüyəndə tamamlamağa cəhd edir. 

Ümumiyyətlə, insan uşaq vaxtı əldə edə bilmədiklərini, özünü dəyişdirmədiyi müddətcə böyüdükdə daha prinsiplə və acıqla etməyi hədələyirlər. Onlar, necə olur-olsun tanınmaq və hər kəs tərəfindən görülmək düşüncəsinə qapılırlar".

Lakin psixoloqun sözlərinə görə, belə addımlar məşhurluq gətirmir:

"Özündə həqiqi bir istedad olmayan insan uzun müddət gündəmdə qala bilməz. Kimsə fərqli etdiyi nəyəsə görə qısa zamanda sosial şəbəkələrdə trendə düşə və tanına bilər. Ancaq bu, onu mütəmadi şəkildə izlənilən, axtarılan biri etməyəcək. Yəni bütün fikri məşhur olmaq istəyən şəxslər çox zaman hədəflərinə nail ola bilmirlər. 

Əksinə, bir qədər tanınan kimi özlərini məşhur hesab edərək, hədəflərinə çatdıqlarını düşünürlər. Lakin buna baxmayaraq, potensialları və bacarıqları olmadığı üçün bu məşhurluğu da düzgün idarə edə bilmirlər. Nəticədə, qısa müddət sonra unudulub gedirlər. Ətrafda belə nümunələr kifayət qədər çoxdur". 

Pərviz

0