Günü-gündən artan yaşam koçlarına nəzarət varmı?

SOSİAL
21:18 / 10.01.2025
48

Sosial şəbəkələrdə özünü yaşam koçu kimi təqdim edib, xidmətlərini tövsiyə edənlərin sayı artır.

Xeyli insan da bu xidmətdən istifadə etməkdə maraqlıdır. 

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, yaşam koçluğu bizə Türkiyədən gəlib. Orada bu sahə son zamanlar çox məşhurdur. Yaşam koçluğunun leksik mənası motivasiya terapiyasıdır: 

“Bir şəxsin müəyyən məqsədləri və ya travmaları var, içində rahatlıq tapmaq istəyir və koça müraciət edir. Koç da onu dinləyir, anlayır və motivasiya verir, heç bir dərmandan istifadə etmədən, yalnız təbii seanslarla müalicə predmeti seçir. Yaşam koçluğu isə sadəcə təcrübəyə əsaslanır. Yaşam koçu ilə psixoloq fərqli anlayışlardır. Psixoloq bu sahə üzrə təhsil almış, psixikanın xüsusiyyətlərinə bələd olan, insanın hiss və duyğularını, psixi proseslərini başa düşən, elmi əsaslı məlumatlara yiyələnmiş bir şəxsdir. Lakin koçun belə bir təhsili olmadığına görə onlar insanın hiss və emosiyalarının altında yatan mənalardan daha çox, ümumi prosesi qiymətləndirirlər. ölkəmizdə bu sahəyə nəzarət yoxdur, fəaliyyətlərinin qiymətləndirilməsi aparılmır”.

Sevinc

0