Gündəlik eşitdiyimiz qəza, qətl, partlayış xəbərləri zaman-zaman şüur altımıza təsir edir.
Günlər keçdikcə baş vermiş hadisələr bizə neqativə yükləyərək aqressiv olmağımıza gətirib çıxarır.
Maraqlıdır, neqativ hadisələrin insan psixologiyasına təsiri necə olur?
Bu barədə Hit.az-a psixoloq Sevinc Əliyeva deyib ki, hər bir fərd bu hadisələrə fərqli reaksiya verə bilər:
“Neqativ hadisələr insanı stressli və narahat vəziyyətə gətirə bilər. Bu, həyatın müəyyən dövrlərində narahatlıq və qorxu hisslərinin artmasına səbəb ola bilər. Davamlı narahatlıq, psixoloji sağlamlıq problemlərinin inkişafına yol aça bilər. Uzun müddət davam edən və ya təkrarlanan neqativ hadisələr depressiyaya səbəb ola bilər. İnsan özünü ümumiyyətlə ,narahat, ümidsiz və ya dəyərsiz hiss edir.
Çətin vəziyyətlər insanın özünə inamını zəiflədə bilər. Bu, onun öz gücünə, bacarıqlarına və gələcəyə olan inamını azaldır. İnsanlar keçirdikləri çətinliklərdən sonra ümumiyyətlə mənfi düşüncələrə daha çox fokuslanırlar. Bununla belə, bəzən bu vəziyyət insanın inkişaf etməsinə və daha güclü olmasına da səbəb ola bilər. Bəzi insanlar neqativ hadisələrdən sonra həyatlarına yeni yanaşmalar gətirirlər. Bəzi hallarda bu hadisələrdən öyrənərək , psixoloji və emosional cəhətdən güclənə bilər”.
Murad