Son illər şəhərli ilə kəndli arasında fərq demək olar ki, qalmayıb.
Bu məsələ zamanla ictimaiyyət arasında müzakirə olunur.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a bildirib ki, son illər kənd əhalisi kənddə dolana bilmədiyi üçün kütləvi şəkildə böyük şəhərlərə axın edib:
“Rayondan Bakıya gələnlər iş tapmaq məqsədilə gəlirlər, iş tapa bilmirlər, ən alçaldıcı işlərlə məşğul olurlar. Normal şərait qurmaq istəyənlərin əksəriyyəti buna nail ola bilmirlər. Bu şəkildə şəhərə gələnlər şəhər mədəniyyətinə qoşula bilmir. Bunun nəticəsində sistemsiz bir mədəniyyət ortaya çıxıb ki, istər davranış baxımından, istər mədəniyyət baxımından, istərsə də dolanışıq baxımından bu, arzu olunan deyil. Bunların hamısı yekun olaraq həmin insanlarda ruh düşkünlüyü yardır”.
Sevinc