Boşanma zamanı ipoteka ilə alınan ev bölünür?

SOSİAL
17:58 / 16.01.2025
55

Boşanmaların sayı artmaqda davam edir.

Boşanma prosesi zamanı birgə alınan əmlak cütlüklər arasında bölünür.

Maraqlıdır, ipoteka ilə alınan əmlak boşanma zamanı necə bölünür? 

Hüquqşunas Əkrəm Həsənov Hit.az-a deyib ki, ipoteka ilə alınmış mənzil ər və arvadın birgə mülkiyyəti hesab olunursa, boşanma zamanı bərabər şəkildə bölünməlidir:

"Mənzil onların evli olduğu vaxtda alınıbsa, belə hesab olunur ki, onlar ilkin ödənişi və 5 ilin kredit borcunu birlikdə ödəyiblər. Bundan sonra kişi yerdə qalan 20 illik borcu özü ödəməli və yekunda ev ona qalmalıdır. Əgər kişi qadına bu pulu ödəməkdən boyun qaçırarsa, məhkəmə mənzildən qadına həmin məbləğə müvafiq pay verməlidir. Tutalım, bu 5 il ərzində ödənilən məbləğin qadına çatacaq olan 50 %-i mənzilin qiymətinin onda bir hissəsidir. Bu zaman məhkəmə evin onda bir hissəsini qadına verə bilər. Eyni zamanda onlar məhkəmə yolu ilə mənzili satışa da çıxara bilərlər. Bu zaman qadının payı satışdan əldə edilən məbləğdən ona ödənilir".

Sevinc

0