Azərbaycanda nikaha daxil olanlara nikah müqaviləsi bağlamaq tövsiyə olunsa da, buna əməl edənlərin sayı çox azdır.
Rəsmi məlumatlara görə, ötən il Azərbaycanda 168 nikah müqaviləsi bağlanıb.
Hər il nikaha daxil olanların bir faizə yaxını nikah müqaviləsi bağlayır.
Mentalitetimizə yaraşdırılmayan, milli-mənəvi dəyərlərimizə zidd hesab edilən nikah müqaviləsinin yaxşı və ya pis tərəfləri nədir?
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a bildirib ki, gənclərin bu barədə bilgisi azdır. Demək olar ki, çoxusu nikah müqaviləsinin mövcudluğunu, təyinatını və nə işə yaradığını bilmir:
"Nikah müqaviləsi ilə evlənən şəxslər öz üzərlərinə müəyyən öhdəlik götürmüş olurlar. Hər iki tərəfin müəyyən qədər məsuliyyət götürməsi məsələsi ailə qurmağa daha ciddi yanaşmaya təsir edəcək. Çünki, insanlar arasındakı münasibətlərdə maddiyat güclü olduğu üçün bu müqavilələrin özü də bu istiqamətdə insanlara təsir edir. İnsanlar ailə quranda eyni zamanda başa düşürlər ki, onlardan mənəvi amillərlə bərabər, maddi tələb də var. Ailə qurmağa qərar verəndə daha dərindən düşünməli olurlar. O biri tərəfdən, ailə dağılanda da əmlak problemlərinin həlli istiqamətində bu müqavilə həlledici rola malikdir".
Sevinc