Məktəblilərin qış tətili başlayır, şagirdlər istirahət etməlidir?

SOSİAL
19:29 / 23.01.2025
55

Yanvarın 27-dən etibarən şagirdlərin qış tətili başlayır. 

Qış tətili 27 yanvar 1 fevral tarixlərini əhatə edəcək.

Tətil xəbərinə uşaqlar sevinə bilmirlər. Buna səbəb isə onların müəllimlər tərəfindən ağır məktəb tapşırıqları ilə yüklənməsidir.

Valideynlərin də əksəriyyəti uşaqlarının tətildə belə dərslərlə məşğul olmasını istəyir. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, tapşırıq uşağın bütün istirahət zamanını alırsa, uşağın psixologiyasında ciddi problemlər yarada bilər. Çünki, uşaq tətil zamanı istirahət etməyə fokuslanır, ancaq fərqli bir vəziyyətlə, ağır tapşırıqlarla rastlaşanda uşaqda aqressiya və qıcıq yarana bilər: 

“Bu gün məktəblilərin qrafiki, dərs yükləri çox çətin və ağırdır. Ona görə də uşaqlar tətil günləri yaxşı istirahət etsələr, məktəb başlayarkən dərsə zehni yorğun, aqressiv bir şəkildə getməyəcəklər. Tapşırıqlar şagird üçün qıcıq yox, xoş bir təəssürat yaradan tapşırıqlar olarsa, bu çox gözəl olar".

Sevinc

0