Ərlə arvad boşandıqdan sonra uşaq, demək olar ki, ənənəvi olaraq, anası ilə birlikdə yaşamağa davam edir.
Bəzi hallarda isə cütlük ayrıldıqdan sonra uşaq anada yox, atada qalır.
Bu halda qadın kişiyə aliment ödəməlidir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, ana işləməyəndə, uşağa baxmaq öhdəliyi, məsuliyyəti, yaşayış yeri olmayanda məhkəmə uşağın mənafeyinə uyğun qərar çıxarır və bəzi hallarda onu ataya verir:
“Ata uşağa baxırsa, qadından aliment alınması tələbi irəli sürür. Əslində, kişilər bəzi hallarda bunu qadını asılı vəziyyətə salmaqdan ötrü edirlər. Bəzi kişilər isə qadından aliment almağı özlərinə sığışdırmır və tələb etmirdə. Ancaq xarici ölkələrdə belə bir təcrübə var ki, kişilərin aliment almaq hüquqi tanınır. Qonşu ölkələrin Ailə Məcəlləsinə görə, ana ilə bərabər ata da aliment almaqla bağlı iddia qaldıra bilər”.
Sevinc