İraq parlamenti uşaq evliliyini qanuniləşdirib.
Bu barədə "Associated Press" nəşri məlumat verib.
Məlumata görə qanun dəyişiklikləri İslam məhkəmələrinə ailə məsələlərində, o cümlədən evlilik və boşanmalarda daha çox səlahiyyət verir.
Yeni dəyişikliklərə əsasən din xadimlərinə "öz İslam qanunlarına uyğun" qərarlar vermək imkanı tanıyır, qızlar "erkən yaşlarda", hətta 9 yaşında ərə gedə bilərlər.
Qızların 9 yaşında ərə getməsini qanuniləşdirmək İslamı hörmətdən salmaq sayıla bilərmi?
İlahiyyatçı Tural İrfan Hit.az-a şərhində bildirdib ki, Qurana görə evlilik yaşı fiziki, əqli və sosial cəhətdən həddi-buluğa çatmaq dövrüdür ki, buna "rüşd" deyilir:
"Hətta Quranda izah edilir ki, qızlar o yaşa çatmalıdır ki, öz miraslarını, ailənin iqtisadi çıxarlarını idarə etmək iqtidarında olsun. Bu da təqribən 17-18, bəzən də 20-25 yaş arsında mümkündür. 9 yaşda qızların ərə gedə bilməsi barədə olan rəvayət və fikirlər fars müəlliflərin Peyğəmbərin vəfatından 250-300 il sonra uydurub hədis kitablarına daxil etdikləri əsassız hədislərə əsaslanır. Peyğəmbər xanım Aişə ilə evlənəndə xanımın ən azı 18-20 yaşı olduğu qeyd olunur. Hətta onun əvvəllər Cübeyr adlı şəxslə nişanlı olması tarixdə var. Aişənin böyük bacısı Əsmanın hicrət zamanı 27 yaşı olub. Aişə də ondan 10 yaş kiçikdir. Peyğəmbər də onunla hicrətdən bir neçə il sonra evlənib. Belə olduqda Aişənin Mədinədə ən azı 18 yaşı olur. Lakin saxtakar fars müəlliflər sonralar hədislər uydurublar ki, guya Peyğəmbər 9 yaşlı qızla evlənib. Ən əsası da bu iddia Qurana ziddir. Quranda həddi buluğ, rüşd dövrü var. Tam müstəqil şəkildə ailəni, özünü, keçimini 9 yaşlı qız necə idarə bilər? Görünür ki, bu cəfəng keçmiş saxtakarlıqlar üzərindən bu gün fars molla rejimi və İraq hakimiyyəti İslamı təhqir etmək üçün belə qərar veriblər. Demək istəyirlər ki, bunu biz özümüzdən demirik, bu İslamın qərarıdır. Və dünya da İslama qarşı ikrah hiss keçirir.
ABŞ və İranın müştərək planı əsasında işğal olunan İraqa guya demokratiya, insan haqları, qadın hüquqlarının qorunması gəlməli idi. Lakin əksinə oldu. ABŞ İraqı işğal edib, İrana bağışladı. İran da orada özündə olduğu kimi radikal molla rejimi qurmaq istəyir.
Onların İslam adı qoyub, əhalini istismar etdikləri ideoloji xətt əsla din deyil. Sadəcə, əhalinin əksəriyyəti dindar olduğu üçün din adı altında öz siyasi məqsədlərinə çatmaq naminə xurafat, mövhumatdan istifadə edirlər.
Qızların 9 yaşında ərə verilməsi barədə İslam dinində tutarlı dəlil yoxdur. Göstərilən nümunələr də Peyğəmbərdən çox sonra uydurulan fars rəvayətləridir ki, əsası yoxdur. Fars dini - siyasi ideoloqların fətvasına görə hətta südəmər körpə qızla da evlənmək və sair olar. Yəni, buradan da görünür ki, İraq əhalisinin dini inancı da İran təsirində olduğu üçün orada qədim çirkin fars adətlərini öz nəfsi istəkləri naminə həyata keçirirlər. Bunu da İslam adı ilə edirlər ki, din pozulsun və Sasanilərin qədim dinlərini bərpa edə bilsinlər.
Bu, Qərbin də maraqlı qüvvələrinin dəstəyi ilə İslam dinini təhqir etmək üçün edilir, müsəlmanları pedofiliyada ittiham etmək üçün həyata keçirilir. Tamamilə İslama, Qurana, şəriətə ziddir".
Sevinc