Prezident bu qurumlarda maaşları artırdı

SOSİAL
17:32 / 27.01.2025
134

Daha bir neçə qurumun əməkdaşlarının vəzifə maaşları artırılıb.

HİT.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin və Tibb baş idarəsinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının, Prezidentin Təhlükəsizlik Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının, Dövlət Sərhəd Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının, Fövqəladə Hallar Nazirliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının və xüsusi rütbəsi olan əməkdaşlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşları 10 faiz artırılıb. 

Nazirlər Kabinetinə bu Fərmanlardan irəli gələn məsələləri həll etmək tapşırılıb. Fərmanlar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
 

0