Ailələrin dağılmasında sosial şəbəkələrin rolu olduğu deyilir.
Bir qisim ekspertlər hesab edir ki, boşanmaların artmasında sosial şəbəkələrin rolu yüksəkdir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, ailə portretinə tək sosial şəbəkələr yox, televiziyalar, internet saytları, bir sözlə, multimedia xüsusi təsir göstərir:
"Ailələrin dağılmasında sosial şəbəkələrin də təsiri var. Çünki , real yox, virtual münasibətlərə daha çox vaxt ayırdıqları üçün həyat yoldaşları arasında anlayış probleminə səbəb olur və bu da problemlərin yaranması və boşanmayla nəticələnir. Amma bunları sosial şəbəkələri bağlamaqla həll etmək lazım deyil.
Son illər Azərbaycanda ailələr emosional hisslər əsasında qurulur. İnam hissi formalaşmayan insanların qurduqları ailələr tez dağılır. Cütlüklərin bir-birinə güzəştə getmək istəməməsi də boşanmalara səbəb olur”.
Sevinc