Yeniyetmə qızlar niyə evlərindən qaçır?

SOSİAL
22:31 / 31.01.2025
44

Son zamanlar yeniyetmə qızların evlərindən didərgin düşməsi, qəfildən yoxa çıxması halları çoxalmağa başlayıb.

Bu hal ən çox 13-16 yaşlı qızlar arasında yaşanır.

Psixoloq Könül İsmayılova Hit.az-deyib ki, bu gün cəmiyyətdə müxtəlif sosial platformalar öz mənfi təsirlərini açıq şəkildə göstərir:

“İnsanlar sosial şəbəkələrdən istifadə etdikcə bütün milli-mənəvi dəyərlərimizi yaddan çıxarmağa başlayırlar. Ailədaxili tərbiyə, həm ata həm ananın rolu danılmazdır. Valideynlər  övladları ilə daima vaxt keçirməli, bir yerdə xeyrə-şərə getməli, dostluq etməlidirlər. Ələlxüsus qız anaları övladları ilə daha yaxından məşğul olmalı, problemləri ilə birbaşa maraqlanmalıdırlar. Yoxsa uşağın əlinə telefon verməklə problem həll olunmur. Uşağın əlinə verilən telefon onun həyatını məhv edəcək. Bu gün qızların evdn qaçmasında ağıllı telfonların rolu danılmazdır”.

Sevinc

0