İnsanların toy və yasa münasibəti dəyişib?

SOSİAL
20:18 / 04.02.2025
55

Azərbaycan xalqının adət-ənənələri içərisində toy, yas mərasimlərin keçirilməsi xüsusi yer tutur. 

Son illər bu məclislərə yanaşma, münasibət xeyli dəyişib.

Sosioloq Əhməd Qəşəmoğlu Hit.az-a deyib ki,indi insanları toya və yasa münasibətini dəyişib:

 “Əvvəllər toy insanları ağır iqtisadi çətinliklərlə üz-üzə qoymurdu. Hər kəs öz büdcəsinə uyğun süfrə açırdı. Çox az miqdarda pulla toyu yola vermək mümkün idi. Hamı yığışıb, şənlənirdi, sonda yaxın adamlar gəlinə yaylıq, bəzək əşyası bağışlayırdı. İndi mərasimdə ifa olunan musiqilər də ortayaşlı və yaşlı nəslin demək olar ki, zövqü ilə üst-üstə düşmür. Belə olan halda adamlar məcburən oturduqları bir ortamdan, qəlbən sevinə bilmir. Yas mərasimlərində isə ölü sahibinin kədəri, acısı yada düşmür. İndi mənəvi dəyərlər arxa plana keçib. Toy və yasda özünü aparmaq birinci növbədə insanın psixologiyasından, xarakterindən asılıdır”.

Sevinc

0