Azərbaycanda meyitlərin yandırılması kremasiya mərkəzləri yaradılması ciddi müzakirələrə səbəb olub.
Maraqlıdır, meyitlərin yandırılması üçün xüsusi mərkəzlərə ehtiyac varmı?
Ilahiyyatçı Tural İrfan Hit.az-a şərhində bildirdi ki, ölkəmiz çox konfessiyalı ölkədir. Müxtəlif dinlərin mənsubları olan vətəndaşlarımız var: “Krişnaçılar var, Hindistan mənşəli dinlərə inanan insanlar var. Bəzi dinlərdə meyiti yandırmaq adəti hələ də mövcuddur. Odur ki, həmin inanca olan insanların hüquqlarını məhdudlaşdırmaq olmaz. Buna şərait olmalıdır ki, istəyən aparıb yandırsın. İslam dinində isə meyiti yandırmaq yoxdur. Yalnız torpağa dəfn etmək lazımdır.
Şəraitin yaradılması yaxşıdır. Ateistlər, krişnaçılar yaxud yandırılmasını vəsiyyət edən başqaları oradan istifadə edə bilərlər. Dinimiz isə hər kəsin inancına hörmətlə yanaşır, başqa inancdan olanları İslam üzrə dəfn etməyə məcbur etmir. Hər kəs öz dininə, inancına yaxud inancsızlığına görə istədiyi üsulda dəfn edilə yaxud yandırıla bilər”.
Sevinc