İnternetdəki bu oyunlar faciə ilə nəticələnir - VİDEO

SOSİAL
09:35 / 07.02.2025
62

Ötən gün Yardımlıda intihar edən yeniyetmənin internetdəki oyuna görə bu addımı atdığı bildirilir.

Məlumata görə, 15 yaşlı oğlan oyunun qurbanı olub. Onun son bir həftədə özünə qapalı olduğu və ailəsinə qarşı aqressiv davranışlar nümayiş etdirdiyi müşahidə olunub. İntihar etməmişdən əvvəl də məktub yazaraq hansısa oyunda ona vaxt təyin edildiyi və o tarixə qədər özünü öldürməli olduğu qeyd edilib.

Bəs bu kimi halların qarşısını almaq üçün nə etmək lazımdır?

Xezerxeber.az-ın məlumatına görə, sosioloq Rəşad Əsgərov deyib ki, "Mavi balina" və bu qəbildən olan təhükəli virtual oyunlar uşaqların psixologiyasına mənfi təsir göstərir. Belə halları aradan qaldırmaq üçün ailənin üzərinə böyük məsuliyyət düşür.

Sosioloq bildirib ki, valideynlər uşaqların oynadığı oyunlarda vaxt limitinə xüsusilə nəzarət etməlidirlər.

İnformasiya-Kommunikasiya Texnologiyaları üzrə mütəxəssis Rövşən Əkbərov isə bildirib ki, internet məkanda bu qəbildən olan təhlükəli oyunlar çoxdur.

O hesab edir ki, heç bir texniki qadağa valideyn nəzarəti qədər effektiv ola bilməz. Bu halların qarşını almaq üçün ən yaxşı yol valideynin mütəmadi vizual nəzarətidir.

Qeyd edək ki, araşdırmalar zamanı Rusiyada hər il 100-dən çox, Türkiyə və Gürcüstanda isə onlarla uşağın məzmununda şiddət, aqressiya, ölüm olan oyunların təsirinə düşərək intihar etdiyi məlum olub.

0