"Peyğəmbər və İmamların adlarını hər yetən uşağına qoyur, bayağılaşır"

SOSİAL
17:37 / 11.02.2025
61

Ötən il Azərbaycanda doğulan körpələrə ən çox verilən dini adlar məlum olub.

Yenidoğulanlara verilən adlar arasında ilk üç yerdə Əli (1389), Hüseyn( 1384) və Zəhra (1241) dayanır. Bundan başqa, Zeynəb (1261), Məryəm( 1244), Yusif (1191), Fatimə (942) adları da üstünlük təşkil edib. 

Dini adların uşaqlara çox qoyulmasi İslamı ucuzlaşdırırmı?

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, İslam dinində peyğəmbərlərin, imamların adlarını uşaqlara vermək barədə əmr yoxdur. Sadəcə müsbət mənalı, anlaşılan və dinin əksinə olmayan adlar tövsiyyə edilir:

"Ancaq müsəlmanlar əsasən din böyüklərinin, peyğəmbərlərlərin və səhabələrin adlarını uşaqlarına verirlər. Burada bir qəbahət yoxdur. Ancaq məzhəbçilik təəssbbündən uzaq adlar olmalıdır. Və İslamın məqbul gördüyü budur ki, xalqlar öz milli adlarını uşaqlarına qoysunlar. Yəni, dinin ərəbləşdirmək ideologiyası yoxdur. Hətta Quranda Allah təala buyurur ki, biz sizi millətlərə böldük ki, bir - birinizi daha yaxşı tanıyasınız və inkişaf edəsiniz. Buradan belə çıxır ki, İslam milliliyin əleyhinə deyil. Odur ki, adlar gərək milli adlar olsun. Peyğəmbər və İmamların adlarını hər yetən uşağına qoyur, bayağılaşır, adiləşir, bəzən də həmin şəxs böyüyəndə o adlara layiq adam olmur. Ona görə də müqəddəs şəxslərin adını qalxan etmək lazım deyil. İnsan adı ilə deyil, əməli və amalı ilə insan olur. Əsasən milli adlarımız qoyulsa bu İslamın tövsiyyəsinə daha uyğundur".

Sevinc

0