35-40 yaşlı insanlar iş tapmaqda çətinlik çəkir...

SOSİAL
20:58 / 12.02.2025
54

Bu gün 35-40 yaşlı insanlar iş tapmaqda çətinlik çəkir. 

İşə götürənlər daha çox 25 -30 yaşa qədər olan insanların işə qəbul olunmasına üstünlük verir.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a şərhində bildirdi ki, bu  ölkə üçün böyük problemdir: 

"Təhsilli qadın və kişilər ortalıqda qalıb. 10 ildən yuxarıdır ki, bu problem deyilir, 30 yaşı keçən adamlar iş tapa bilmir. 20 -25 yaşlı gəncin təcrübəsi ilə 35 yaşlı şəxsin təcrübəsi bir olmur.  Yaş kodeksi aradan qaldırılmalıdır, insanların gördüyü işə önəm verilməlidir. Cinsə görə diskriminasiya qanunla da yolverilməzdir.Lakin bir çox iş elanlarında da qeyd olunduğu kimi bəzi sahələrdə qadın işçilərə üstünlük verilir. İşəgötürənlərin ön ofis siması olaraq və ya satış nümayəndəsi, zəng mərkəzi çalışanlarının daha çox qadınlardan seçilməsi və s. bu kimi hallara üstünlük verməsi onların şirkətə daha çox gəlir gətirməsi ilə əlaqədardır”.

Sevinc

1