Bəzi insanlar nə üçün çox pul xərcləməyə çalışırlar?

SOSİAL
13:55 / 14.02.2025
259

"Bəzi insanlar çox pul xərcləməyi sevirlər. Bunu psixolojik cəhətdən izah etmək mümkündür". 

Bu sözləri psixoloq Nabat Mirzəyeva Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, hər bir insan gəlirinə uyğun pul xərcləməlidir:

"Əlbəttə ki, aylıq gəliri yüksək olan şəxslər pulunu istədiyi qədər xərcləyə bilirlər. Yəni bu, o insanlara üçün hansısa problem yaratmır. Lakin aylıq büdcəsi az olan insanlar xərclərinə diqqət etməlidirlər".

367678

Həmsöhbətimizin fikrincə, büdcəsindən daha çox pul xərcləyən insan nəyəsə və kiməsə görə özünü sübut etməyə çalışır:

"İnsan uşaq vaxtı və ya hansısa yaşında sübut edə bilmədiyi duyğuları olur. O, gələcəkdə bu duyğularını və gücünü sübut etməyə çalışır. Lakin bunun üçün çox pul xərcləmək yolunu seçir. Həmin insan öz gücü və potensialı bu yolla üzə çıxaracağını düşünür. Daha dəqiq desək, "mən də pul xərcləyə və istədiyimi ala bilirəm" təfəkkürünə sahib olur. Bir növ özünü isbat etməyə çalışır".

Onun sözlərinə görə, xərclənən pul aylıq gəlirdən çox olsa, bir müddət sonra problemlərə səbəb olacaq:

"Hətta daha da diskomfort yaradaraq həyat şərtlərinin balansını pozacaq. Aylıq balansdan kənarda çıxdığı üçün xərclərdən də rahatlıq tapa bilməyəcək. Yəni bu addım psixoloji problemlərə səbəb ola bilər. Ona görə də xərcləri büdcəyə uyğun etmək lazımdır". 

Nabat Mirzəyeva qeyd edib ki, nə qədər xərclənsə də, kənara da pul qoymaq lazımdır:

"Həmin məbləğlə gələcəkdə hansısa arzu və ya istəkləri reallaşdırmaq olar. Sabah həmin vəsaitdən istifadə oluna bilər. Yəni aylıq qazancdan çox xərcləməkdənsə, kənara pul atmaq daha yaxşıdır. İnsan özünü kimlərə sübut etmək məcburiyyətində deyil. İnsana rahatlıq verməyən hallar psixoloji ağrı verəcək. Bu da zamanla bizi incitməyə başlayacaq. Ona görə də çox pul xərcləmək doğru seçim deyil".

Pərviz

0