Uşaqlar hansı cizgi filminə baxmalıdır?

SOSİAL
23:17 / 14.02.2025
249

Azyaşlıların sevimli əyləncələrindən biri də məhz cizgi film izləməkdir. 

Ancaq bu gün cizgi filmlərin sayı çoxdur və  günümüzdə uşaqlar bunları adətən sosial media vasitəsilə izləyirlər.

Dəhşətlisi odur ki, son illər çəkilən cizgi filmlərinin mövzuları uşaqların psixologiyasına və tərbiyəsinə mənfi təsir göstərir. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, animasiyalar uşaqların həyatında çox ciddi rol oynayır:

 “Uşaqlar animasiyanı izlədikdə onların yaş faktoru mütləq nəzərə alınmalıdır. Etnik xüsusiyyətlər və dəyərləri nəzərə alsaq, azyaşlı uşaqlar daha çox milli animasiya filmlərini izləsə, daha yaxşı olar. Uşaqların çoxu köhnə milli animasiya filmlərinə maraq göstərmir. Görüntü keyfiyyətinin aşağı olması səbəbindən. Buna görə uşaqlar daha çox əcnəbi cizgi filmlərinə meyl göstərir. Nəzərə almaq lazımdır ki,  cizgi filmləri uşaqların özünü dərk etmələri, ətraf aləmi kəşf etmələri üçün önəmli rola malikdir. Çünki uşaqlar personajların gerçək və ya xəyali olduğunu anlaya bilmir və onlar kimi davranmağa çalışırlar”.

Sevinc

0