Ailədə zorakılığa məruz qalan kişilər...

SOSİAL
23:15 / 17.02.2025
193

Ailə-məişət zorakılığı dedikdə əsasən ağıla qadınların həyat yoldaşları tərəfındən fiziki şiddətə məruz qalmaları gəlir.

Halbuki, bəzən əksinə də olur. Yəni, kişi də ailədə öz xanımı tərəfindən zorakılığa məruz qalır və hətta bununla bağlı müvafiq dövlət orqanlarına müraciət edənlərin də sayı az deyil.

Açıqlanan məlumatlara görə ötən il 58 kişi qadın tərəfindən zorakılığa məruz qalıb.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, qadınlar tərəfdən şiddətə məruz qalan kişilər adətən mühafizə orqanlarına müraciət etmirlər:

 “Biz alışmışıq , sadəcə qadının döyülməsinə, göz yumuruq. 90 faiz qadın döyüləndə deyirik ki, kişidir də əsəbləşdi , döydü. Qadının etdiyi hər hansısa bir hərəkət tez gözə çarpır. Çünki, qadın deyəndə zəif, həm də zərif, sakit, hər sözü udan, təmkinli, bir gözü kor, bir qulağı kar nəzərdə tutulur. Ancaq bu  yalnışdır. Onu da deyim ki, Azərbaycan ailəsində arvadın kişini döyməsi elə də geniş yayılmış tendensiya deyil. Amma az olsa da belə hallara rast gəlinir”.

Sevinc

0