Quranın hərraca çıxarılması nə dərəcədə düzgündür?

SOSİAL
22:19 / 20.02.2025
124

Elan saytlarında birində 1907-ci ilə aid Qurani Kərim kitabı 700 min manata satışa çıxarılıb.

Maraqlıdır, dini mətnlərin və atributların bu cür kommersiyalaşdırılması nə dərəcədə düzgündür ?

Ümumiyyətlə, Qurana qiymət qoyulması nə dərəcədə doğrudur? 

İlahiyyatçı Tural İrfan Hit.az-a deyib ki, Quran nüsxələrinin alveri doğru deyil:

 “İmkanlı və imanlı müsəlmanlara vacibdir ki, o kitabı alıb , qorusunlar. Quranın hərraca çıxarılması o kitaba qarşı həqarətdir. Bu elə bir məsələdir ki, insanın öz vicdanına qalıb. Vicdanı, imanı olan Allahın kitabını alver alətinə çevirməz”.

Sevinc

0