Valideynlər övladını etibar edə biləcək dayəni seçərkən, adətən , onun uşaqlarla ünsiyyət qurmaq bacarığı, səbirli, mülayim və digər bəzi xüsusiyyətlərə malik olmasına üstünlük verirlər.
Bəzi valideynlər var ki, övladına dayə seçərkən onun xarici milliyyətli olmasını istəyir. Hətta elan saytlarında belə dayə axtaran valideynlər dayənin başqa millətdən və ya xarici ölkə vətəndaşı olması şərti də qoyulur.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, əcnəbi və xaricidilli dayələrin seçimi valideynlərin istəyinə bağlıdır:
“Ancaq xarici dayənin olması elə də arzuolunan deyil. Həmin dayə bizim uşağa milli nə öyrədəcək? Bu dayələr də həmin uşaqlara öz mədəniyyətlərini və dillərini təbliğ edirlər. Hətta onlar baxdıqları uşaqlara Azərbaycan dilində danışmır. Belə-belə öz dilimiz iflasa uğrayır. Bunu da imkanlı ailələr edir”.
Sevinc