Elə valideynlər var ki, onlar övladını döyür, ona şiddət tətbiq edir.
Valideynlər düşünüb yaxşı yollar axtarmaq əvəzinə daha asan olan fiziki güc tədbiq etməyi seçirlər.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, uşaq döymək tərbiyə metodu sayılmır:
“Döyülmək uşaqda valideynlərinə qarşı aqressiya formalaşdırır. O, valideynlərinə qarşı güvənini itirir. Ümumiyyətlə, uşaq sahibi olmaq böyük bir məsuliyyətdir. Ana və ata birgə uşağın tərbiyəsinə ciddi fikir verməlidirlər. Daim döyülən uşaqlar kinli olur. Bəzi valideynlər uşağı nadinclik edir deyə döyür, bəziləri dərsi oxumur deyə zorakılıq tətbiq edir. Uşaq şillə-şapalaqla tərbiyə edilməməlidir. O uşaq gələcəkdə öz yaşadığını başqasına yaşadacaq. Bu gün məktəblilər arasında baş verən bullinqlərin səbəbləri arasında elə bu fakt dayanır. Düzdür, valideynləri bunu inkar edəcək, ancaq illərin təcrübəsinə əsaslanaraq , deyirəm ki, valideyni tərəfindən döyülən uşaq sabahısı gün başqasını döyür və ya döyəcək”.
Sevinc