Ailə qurmaq istəyən qadınların sayı niyə azalır?

SOSİAL
19:43 / 26.02.2025
62

Qadınlar arasında aparılan sorğuya görə onları ailə qurmaqdan soyudan səbəblər sırasında aqressiya, qadınlara qarşı tətbiq edilən zorakılıq halları ilə bağlı oxuduqları xəbərlər, gördükləri hadisələr də var.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, sosial mediada qadınlara qarşı məişət zorakılığı zəminindəki cinayət hadisələrinin artması ilə məlumatlar artır. Bu tip xəbərlər istər-istəməz gənc qızların düşüncəsinə təsir edir:

“Qadın da öz haqlarını tələb edəndə zorakılıqla qarşılanır, döyülür, öldürülür. Danılmaz faktdır ki, 10-15 illə öncə ilə müqayisədə qadınlarımız daha məlumatlıdır və öz hüquqlarını bilir. Bu səbəbdən də kişilər qadınları istədiyi kimi idarə edə bilmir. Bu səbəbdən də qadınları ailə qurmaq istəyi azalır. Həmçinin, xəyanət məsələsi də xanımların düşüncəsinə təsir edir. elə qadın var ki, xəyanəti qəbul edib, ailəsini dağıtmır. Ancaq elə qadında var ki, xəyanəti bağışlamır və boşanır. Ümumiyyətlə, son vaxtlar artanma boşanma tendensiyası qız və oğlanların ailə qurma sayına təsir edir. Aidiyyatı qurumlar bu məsələni diqqətdə saxlamalıdır. Həm boşanma artır, həm də nikaha girənlər azalır. Bu fakt gələcəkdə böyük bir problemə səbəb olacaq”.

Sevinc

0