Gəlin evin süpürgəsidir, yoxsa…

SOSİAL
23:36 / 27.02.2025
42

Hər dövrdə ailədaxili problemlər mövcud olub.

Qısqanclıq, maddi çətinliklər, xasiyyət uyğunsuzluğu, xəyanət, şiddət və s. cütlüklər arasında narazılıq yaradıb və boşanmalara səbəb olub. 

İllərdir ki, qayınana faktoru da ailələrin dağılmasına səbəb kimi göstərilir.

Yeni qurulan ailələrə böyüklərin müdaxilə etməsi davalar, mübahisələr yaradır.

Qayınana gəlin, ailə böyükləri ilə gənclər arasında münasibətlər necə tənzimlənməlidir?

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, gəlinlər ailəyə gələn kimi istəyir ki, qayınana onu sevsin: “Amma elə olmur, tərəflər bir-birini tanımalıdır. Qızlar gedən kimi qayınana tərəfindən sevilməyi gözləməsinlər. Bu bir xəyaldır. Ailədə xanımın üzərinə yük çox düşür. Xanımlar ilk gündən ailəsinin təməlini qoymalıdır. Gənclər özlərini hazır hiss edəndə ailə qurmalıdır. Hər şey insanın dünyagörüşündən, daxili aləmindən asılıdır. Hər xanımın xəyalında ideal ailəsi olur. Gəlin gəldiyi ailədə xəyalının əksini görəndə stress keçirirlər, kontrolu itirirlər. Qayınana və gəlin münasibətlərinin pozulmasına bir səbəb də bəydən narazılığı aralarında danışmalarıdı. O zaman bəyin kişi modeli pozulur”.

Sevinc

0