"Qohumlar ancaq xeyir məclislərində üz-üzə gəlir, buu isə yaxşı hal deyil"

SOSİAL
20:39 / 03.03.2025
52

“Qohumlar çox olduqda cəmiyyətdə mütəşəkkilliyin, sosial problemlərin həllinin daha tez təmin olunmasına imkan yaranır. Cəmiyyətdə tənha, kimsəsiz adamlar demək olar ki, olmur. Hər kəsə dar gündə təbii olaraq dayaq olan, ona kömək edən bir sosial qrup olur”. 

Bu sözləri Hit.az-a sosioloq Fatimə Hacıbəyli deyib.

O bildirib ki, artıq dövran dəyişib, qloballaşmanın sürətlə getdiyi indiki vaxtda bir çox dəyərlər sürətlə sıradan çıxır:

 “Əhali artımında prioritet say yox, keyfiyyət olmalıdır. Bəli, bu gün ötən illərə nisbətən qohumluq əlaqəsi zəifləyib. Insanlar biri-biirndən uzaqlaşır. Qohumlar ancaq xeyir-şər məclislərində üz-üzə gəlir. Bu isə yaxşı hal deyil”.

Sevinc

0