İntihar mövzusu daim insanları, ictimaiyyəti narahat edir. Təəssüf ki, intiharı halı artmaqda davam edir.
Açıqlanan statistik məlumatlara əsasən, son zamanlar intihar edənlər arasında gənclər üstünlük təşkil edir.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, intihara gətirib çıxaran ən aktual səbəblərdən biri həyatın mənasının itirilməsidir. Bu problem xüsusən də yeniyetmə və gənclər üçün daha qabarıqdır:
"Şəxsi həyatdakı problemlər, ailə münaqişələri, boşanmanın fəsadları, uğursuz məhəbbəti və s, intihara səbəb olur. Siyahını daha da uzatmaq olar. Amma əvvəldə də qeyd etdiyim kimi insan üçün həyatın mənası olmayanda, tutunacaq bir yeri, mənəvi və sosial dəstəyi olmayanda belə bir cəhd edə bilər. Onu da deyim ki, dünyada intihar səbəblərindən ən önəmlisi də depressiyadır. Təbii ki, insanın illərlə və üst-üstə yığılmış gərginlikləri, depressiylar nəticəsində onu intihara sürükləyəcək. Yeniyətmələr arasında başadüşülməzlik, qəbul olunmamaq kimi anlayışlar onların intihar etməsinə səbəb olur”.
Sevinc