Ailə quran şəxslər psixoloji testdən keçirilə bilər?

SOSİAL
21:57 / 12.03.2025
43

Ölkədə boşanmaların, ailədaxili zorakılıq hallarının, qətllərin sayı ildən-ilə artır.

Sosioloq Üzeyir Şəfiyev Hit.az-a açıqlamasında deyib ki, boşanmalar bütün dünyada tendensiyaya çevrilib: 

"Azərbaycan kişisi əvvəllər boşanmaya dözümsüz yanaşırdısa, bu gün artıq qəbullanmağa başlayıb. Qadınlarımız da artıq əvvəlki həyat tərzini davam etdirmək istəmirlər, daha müstəqil, azad olmağa can atırlar. Yaxşı olar ki, ailə qurmağa hazırlaşan cütlüklər təkcə qan testindən deyil, psixoloji testdən də keçməlidirlər.Elə cütlüklər var ki, onları psixoloji cəhətdən hazırlamaq lazımdır, psixoloji reabilitasiya keçməlidirlər, onlara psixoloji korreksiya proqramları tətbiq olunmalıdır. Bununla onlar özlərini ailə qurmağa hazır hiss edə bilərlər. Və ya psixoloji testlə müəyyən ediləcək ki, ümumiyyətlə bu insan ailə qurmağa hazır deyil".

Sevinc

0