Bu gün dünyanın müxtəlif istiqamətlərində müşahidə olunan tutulma nəticəsində Ay qırmızı rəng alıb.
Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, ay tutulması insan bədəninə təsir edir:
“Hər bir Ay tutulması özünəməxsus şəkildə təsirlidir, çünki burda bizim bioritmikamızla əlaqə var. Gərgin olan, xəstəliklərə diqqət yetirməyən, qidasına fikir verməyən insan üçün proses daha ağrılı keçir. Ay tutulması zamanı qadınlar daha çox mədə-qarın ağrısı, kişilər isə revmatizma problemləri ilə qarşılaşır. Bu ağrılar; qollarda, dizdə və sinədə özünü biruzə edir. Günəş hər iki cins üçün önəmlidir. Qadınlar qarın bölgəsini, kişilər isə diz və sinələrini daha çox günəş şüası ilə qidalandırmalıdır".
Sevinc