Bəzi insanlar, müxtəlif səbəblərdən, hətta özlərindən asılı olmadan, davamlı olaraq hər yerə gecikirlər.
Sosioloq Mail Yaqubov Hit.az-a qeyd edib ki, hər hansı bir yerə gecikmək pis vərdişdir:
“Səbəb bir çox amillər ilə bağlı ola bilər. Ola bilsin ki, gecikmək artıq şəxsin xarakterinin bir parçasına çevrilib. Bəzi seçimlər var ki, onun məntiqi yoxdur. Sadəcə gecikmə kimi pis vərdiş adi hala çevrilib. Mütləq şəkildə qarşısı alınmalıdır. Şəxs özünü çox üstün tuta bilər. Qarşı tərəfə dəyər vermir. Qarşısındakı insanın zamanı onun üçün maraqlı deyil. Yalnız özünü düşünür. Bu lap dəhşətlidir. Təəssüf ki, bəzi insanlarda belədir. Qeyri -dəqiq və məsuliyyətsiz adamla işləmək çox çətindir”.
Sevinc