Azərbaycanda 12 günlük bayram tətili başa çatdı. Uzun bayram tətilindən sonra bu gün ilk iş günü oldu.
Uzun tətildən sonra insanların işə, məktəbə adaptasiyası çətinlik yaradır.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, bir çox insanlarda tətil və bayram günlərindən sonra işə başlamaq narahatlıq əlamətləri ilə müşayiət olunur. Bunlara yuxusuzluq, enerji itkisi, əsəbilik, diqqətisizlik, depressiya və s əlamətlər aiddir:
“Adətən tətillərdən sonra işə adaptasiya olmaq 3 gün davam edir. Ümumiyyətlə, yarımçıq qalan işlər tamamlandıqdan sonra gərginlik geridə qalır və insan rahat bir şəkildə işə fokslana bilir. Ona görə ilk növbədə təcili görüləcək işləri həyata keçirməyə, kollektivdə pozitiv ab-hava yaratmağa diqqət yetirmək lazımdır. Tətilin son günləri artıq iş abu-havasını xatırlamaq, ona uyğun planlar qurulmalıdır. Buna görə ən birinci yuxu və qida rejiminə fikir verilməlidir. Bayram günlərindən daha gec yuxudan oyanmaq, qida saatlarını dəyişmək nəticəsində yuxu və qida rejimimiz də dəyişikliklər baş verib. Bunun yenidən əvvəlki vəziyyətə qayıtması zamanı yarana biləcək narahatlıqları daha qısa zamanda dəf etmək üçün qeyd etdiyim məqamlara diqqət edilməlidir. Həmçinin, insanın sevdiyi işlə məşğul olması da insanın tez bir zamanda adaptasiya olmasına təsir edir”.
Sevinc