1 Aprel tarixinin yaranması

SOSİAL
17:51 / 01.04.2025
107

1 aprel zarafatları mənşəyi bilinməyən çox qədim bir ənənədir.

Sənətçidən siyasətçiyə, elm adamından dövlət ictimai şəxsə qədər bir çox insan və təşkilat 1 Aprel münasibəti ilə bir-biri ilə zarafatlaşır.

Qeyd edək ki, aprelin 1-i bütün dünyada Gülüş Günü kimi qeyd olunur. 

Bəzi mənbələrdə bildirilir ki, bu ənənə Fransada yaranıb.

Hit.az xəbəbr verir ki, bu tarixin yaranmasının müxtəlif ehtimalları var.
Bir çoxları isə bu bayramı Qədim Roma tarixi ilə bağlayır. 

O dövrdə Romada fevralın 17-si "Səfehlər bayramı" kimi keçirilirmiş.. Bəzi tədqiqatçıların fikrincə, bu ənənə Qədim Hindistanda meydana gəlib. Hindistanda martın 31-i "Gülüş günü" kimi tarixə düşüb.

Məlumata görə XV əsrin sonlarında xaçlı ordusu İspanyadakı Əndəlus müslümanlarının son qalasını mühasirəyə alır. Mühasirənin uzun sürməsinə rəğmən, qış aylarının da təsiri ilə qala müdafiə oluna bilir. Qalanı almağın çətin olacağını və bu zaman böyük itki verəcəyini anlayan xaçlı ordusunun komandanı hiyləyə əl atmaq qərarına gəlir. Ən sonunda 31 mart gecəsi qalanın önünə gələrək, bir əlində Quran, digər əlində İncil, - “Bu iki kitab üzərinə and içirəm ki, təslim olsanız bu axşam sizə bir şey etməyəcəm, canlarınız bağışlanacaq və sərbəst buraxılacaqsınız”, - deyir. Qalanın müdafiəçiləri müqəddəs kitab üzərinə edilən anda etibar etdiklərindən onlara toxunulmayacağına inandıqlarına görə təslim olurlar.  Sabahı gün, yəni aprelin 1-də komandan bütün müslümanların öldürülməsi əmrini verir. Əmrə kəskin etiraz edənlərə isə deyilir ki, “Mənim sözüm dünən axşam üçün idi, bu günlə bağlı isə sizə bir söz verməmişəm”, - deyə cavab verər və qalanın bütün müdafiəçiləri qılıncdan keçirilərək, şəhid edilər. 

Məhz bu hadisədən sonra Avropa xristianları aprel ayının birini zarafat və hiylə günü olaraq , qeyd etməkdədirlər. Bu da bir versiya kimi səslənir. İstənilən halda dünyanın istənilən ölkəsində 1 Aprel günü səslənilən, deyilən sözlərə elə də inanılmır.

Sevinc
 

0