Maşın sürmək qorxusundan necə xilas olaq? - Ekspert RƏYİ

SOSİAL
12:15 / 07.04.2025
64

"Maşın sürmək qorxusu bir çox insanın yaşadığı psixoloji problemdir". 

Bu sözləri psixoloq Ülviyyə İlqar Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, bunun bir neçə əsas səbəbi var:

"Birincisi, keçmişdə yaşanmış travmalardır. Məsələn, bir qəza və ya təhlükəli vəziyyət bu qorxunun yaranmasına səbəb ola bilər. Bu halda, travma ilə işləmək və qorxunu yenidən yaşamağı aradan qaldırmaq üçün terapiya faydalıdır.

İkinci səbəb isə özünə inamsızlıqdır. İnsanlar maşın sürmək bacarıqlarına inamları olmadığı üçün qorxurlar. Bu vəziyyətdə tədricən, kiçik addımlar atmaq və hər uğurlu maşın idarəsi özünə inamı artırmağa kömək edir".

370693

Ekspert qeyd edib ki, avtomobilə nəzarəti itirmək qorxusu da var:

"Yəni bəzi insanlar maşını sürərkən nəzarəti itirməkdən və panikaya düşməkdən qorxurlar. Bu qorxunu azaltmaq üçün rahatlama və ya nəfəs texnikaları faydalıdır". 

Psixoloq sözügedən qorxudan xilas olmağın yollarından da danışıb:

"Qorxudan qurtulmaq üçün kiçik addımlar atmaq, müsbət düşünmək və rahatlama üsullarından istifadə etmək önəmlidir. Zamanla qorxu azalacaq və maşın sürmək daha rahat olacaq. 

Əgər bu qorxu gündəlik həyatınızı çətinləşdirirsə, psixoterapiya kömək edə bilər. Psixoterapiya qorxunun kök səbəblərini tapmağa və onlarla üzləşməyə kömək edəcək. Bu da öz növbəsində maşın sürmək qorxusunu aşmağa imkan verəcək".

Pərviz

0