"Cadu və sehr mahiyyəti etibarı ilə mövcuddur"

SOSİAL
21:32 / 07.04.2025
44

Tarix boyunca cadu, sehr, tilsim və s. bu kimi əməllər mövcud olub. Lakin bu işlə məşğul olmaq haram və çox böyük günahlardandır.

Bəs sehr, cadu və tilsim varmı? Bundan qorunmaq mümkündür?

İlahiyyatçı Tural İrfan Hit.az-a şərhində deyib ki, cadu, sehr, fal kimi əməllər İslam dinində günah sayılır:

370696

"Quranda fal oxları, yəni, fal alətləri ilə bölgü bölmək, kəhanətlə məşğul olmaq qadağandır. Peyğəmbər bu işlə məşğul olmağı haram elan edib. Müxtəlif üsullar və şifrələr vasitəsi ilə hadisələrə təsir göstərdiyini bildirən adamların çoxu yalançıdır. Qeybdən xəbər vermək də günahdır. Amma elmi ehtimallar və proqnozlar istisnadır. Tutaq ki, hava haqqında məlumata haram demək olmaz. Çünki, bu kimi məlumatlar, elmi və əsaslı hesabatıar əsasında baş verir. Amma kəhanət və falçılıq yolu ilə gələcəkdən xəbər vermək məqbul deyil. Çünki elmi əsası yoxdur. Lakin İbn Sina kimi orta əsr filosof, həkimlərin əsərlərində bəzi şifrə və kodlarla müalicə üsulları arasında müxtəlif tilsimlərə, sözlərə rast gəlinir. Bunun psixoloji təsirləri haqda, müxtəlif təsirlərin olması haqda inanclar var. Amma müasir tibb mütəxəssisləri bu kimi vasitələri ağlabatan hesab etmirlər.

Hər bir halda bu sahənin tənqidçiləri də gərək tənqid etdikləri sahənin dərinliyini, tam mahiyyətini bilib, ayırd edib sonra tənqid etsinlər. Cadu, sehr, tilsim, fal, kəhanət işləri ilə məşğul olanlar çox zaman Allahdan uzaq adamlardır. Son zamanlar sosial şəbəkələrdə müxtəlif şəxslərin canlı yayımda insanların falına baxdığını görürük. Təəssüf ki, əksər şəxslər də onlara müraciət edir, inanırlar. Belə işlər cəmiyyətin xurafata düçar olub real həyatdan uzaq düşməsinə səbəb olur. Cadu və sehr mahiyyəti etibarı ilə mövcuddur. Din bunun varlığını qəbul edir, lakin ondan istifadəyə icazə vermir. Təsir etməməsi üçün öncə qorxmaq lazım deyil. Allaha imanı olan şəxsə bu kimi işlər təsir etməz. İbadətini normal icra edən, təmizliyə, gigiyenik qaydalara əməl edən şəxslərə bu şeylər təsir etməz. Quranda buyurulur ki, Quran həm də şifa və problemlərdən çıxış üçün vasitədir. Ona görə Quran oxumaq da bu təsirlərdən uzaq olmaq üçün vasitədir”.

Sevinc

0