Məktəblilər arasında pis vərdişə qurşananlar az deyil.
Siqaret, alkoqol və narkotik kimi zərərli vərdişlərdən istifadə edən yeniyetmələr hələ də rast gəlinir.
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, yaşından və cisindən asılı olmayaraq, bir çox yeniyetməl siqaret çəkir:
“Gənc insanların müəyyən qisminin zərərli vərdişlərə meyillənməsinin və ya aludə olmasının bir sıra mühüm obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəblər daha çox sosial mühitlə - dəblə, təbliğatla, iqtisadi faktorlarla, ünsiyyət formalarının genişlənməsinin yaratdığı informasiya stressləri ilə birbaşa bağlıdır. Subyektiv səbəblər isə müəyyən maraq qrupların qloballaşan dünyada öz dəyərlərini, ziddiyyətli, asosial, fərdiyyətçi düşüncə tərzini formalaşdırmaq istəyi ilə əlaqədardır. Gənclər arasında həmçinin qumara, azart oyunlara marağın çoxalması dövrün bəlasıdır. Bu, sosial şəbəkələrin, informasiya-kommunikasiya texnologiyalarının inkişafının mənfi təzahürləri ilə bağlıdır”.
Sevinc