Şagirdlər əvvəl məktəbə kitab, dəftər, qələm ilə gedərdi. Onların da tək istəyi dərs oxumaq, yüksək qiymət almaq idi.
Ancaq idi məktəblilər dərsə dəftər, kitab ilə deyil, bıçaqla gedir. Elə bu səbəbdəndir ki, tez-tez məktəblilər arasında bıçaqla hadisələrinin şahidi oluruq.
Bu günlərdə Ağstafa rayonunda 8-ci sinif şagirdinin 9-cu sinif şagirdinə xəsarət yetirməsi barədə məlumat yayılıb.
Şagirdlərdin biri tənəffüs vaxtı mübahisə zəminində məktəb yoldaşına bıçaqla xəsarət yetirib.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki,evdə psixoloji və fiziki şiddət görən uşaqlarda aqressiya olur. Uşaq valideynləri tərəfindən şiddətə məruz qalır, onlara cavab verə bilmir, çünki fiziki olaraq onlardan kiçikdir: “Uşaqların bu cür aqressi vformalaşmasında cəmiyyətdə yayılmış fikirlər böyük rol oynayır. Elə uşaq var ki, “Vorovskoy” mahnılara qulaq asırlar, onların söhbətlərini edirlər. Bu uşaqlar təhsil haqqında danışacaqları vaxtlarında belə söhbətlər edirlər. Nəticəsi də bu gün eşitdiyimiz xəbərlər olur. Müəllim uşaqda müşahidə etdiyi hər bir vəziyyəti validenəə deməlidir. Valideyn bilməlidir ki, onun övladı məktəbə kitabla yox bıçaqla gəlir. Valideyn bilməsə, müəllimlər o uşağın qarşısını almasa onun gələcəyi daha da bərbad olacaq”.
Sevinc