Bürclərə inanmalıyıq?

SOSİAL
21:54 / 10.04.2025
249

Bir sıra insanlar bürclərə inanan insanlardır. 

Həmin insanlar həyatlarını, gündəlik işlərini məhz ulduz falına, proqnozuna uyğun qurur.

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, insanların bürclərə olan inamı onların özgüvənsizliyindən ortaya çıxır: 

“Bürclərə inanan insanlar vaxtını səmərəsiz keçirən, seriallara baxan, heç bir uğura nail olmayanlardır. Gənclər astrologiyaya sanki  bir fal kimi yanaşır. Lakin onlar unutmamalıdırlar ki, astrologiya fal deyil, elmdir. Bürclərə bu qədər əhəmiyyət vermək absurd məsələdir. Bəzi insanlarda günə başlamazdan əvvəl bürcü haqqında günlük praqnoza baxar və bunu şüur altına yeridər. Həmin günün praqnozdakı kimi olacağına inanar. Bəzi hallardada gününün praqnozdakı kimi keçdiyini müşahidə edər. Əslində bu da inandırıcı deyil. Bürclərə görə həyatı yaşamamalıyıq".

Sevinc

0