Digital oyunların uşaqlara təsiri

SOSİAL
19:40 / 11.04.2025
258

Əvvəllər uşaqlar küçədə oyun oynayardılar, indi isə səhərdən axşamacan telefon əllərindən yerə düşmür.  Bu oyunların uşaqlar üçün zərəri nələrdir?

Psixoloq Aynur Əliyeva Hit.az-a deyib ki, internet oyunları sayəsində uşaqların bilik səviyyəsi aşağı düşür: 

“Bu tipli oyunlara aludə olduqca onların oxumağa olan həvəsi, marağı tamamilə azalır. Digital oyunları uşaqların beyni inkişafına mənfi təsir edir. Uşaqlar bu oyunları oynadıqca hadisələrə fərqli yanaşmaq, alternativ variantlar düşünmək bu kimi şeylərə ehtiyac duymurlar.  Uşaqlar bu oyunları oynadıqca hadisələrə fərqli yanaşmaq, alternativ variantlar düşünmək bu kimi şeylərə ehtiyac duymur. Fikirləri ancaq oyunda olur. Bu da onların zəkasına təsir edir. Elə oyunlar var ki, uşaqları nəzarətdə saxlayır, onları idarə edir. Ümumiyyətlə, uşaqların hansı oyun oynamasına diqqət edilməlidir".

Sevinc

0