Günümüzdə gənclər ailə həyatı qurarkən seçim etməkdə çətinlik çəkirlər.
Ya onun bəyəndiyini valideynlər bəyənmir ya da, valideynlərin seçimi onun ürəyincə olmur.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, bu gün Azərbaycan cəmiyyətini narahat edən məsələ boşanmaların artmasıdır. Boşanmaların artmasının ilk səbəbi seçimin yanlış olmasıdır:
“Sevgi, hörmət ilə qurulan ailə uzun ömürlü olur. Ailənin seçiminə gedəndə görürsüz ki, evlənəcək cütlüklər bəzən sevməyərək ailə qururlar və bunun da nəticələri yaxşı olmur. Ona görə də hər nə olursa olsun kökündə sevgi durmalıdır. Ailə də seçsə, dostun da yönləndirsə , qarşılıqlı sevgi əsasında ailə qurulmalıdır. Hər şeyin kökündə sevgi dayanır. Valideynlər ata-anasının yaxşı olduğunu düşünüb, övladını onun qızı və ya oğlu ilə ailə qurmasına raz olur. Ancaq əksər hallarda bunun əksi müşahidə olunur. Ailə böyüklləri sadəcə məsləhət, tövsiyə verə bilər, ailə seçimində israr edə bilməz”.
Sevinc