"Ağzımızdan çıxan kəlimlərə diqqət edək", "Kainata ötürdüyümüz enerjiyə diqqət yetirməliyik", “evrənə mesaj verirəm” kimi sözləri insanlardan tez-tez eşidirik.
Maraqlıdır, ağzımızdan çıxan kəlimələr kainata enerji ötürərərək həyatımıza təsir edirmi?
Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, dünyada bir çox insanlar enerjidən düzgün istifadə edərək arzularına çata biləcəklərinə inanır:
“Kainatın bir sirri olduğunu və bu sirrin cazibə qanunundan keçdiyini düşünən milyonlarla insan da mövcuddur. Cazibə qanununa inanan insanlara görə hər kəsin həyatı kainata göndərdiyi mesajla düz mütənasib olaraq, hərəkət edir. Cazibə qanununa görə düşünülən hər şey hər an kainata ötürülür və taleyinin axarını dəyişir. Beləliklə, təkcə müsbət düşüncələr kainatla ünsiyyətdə deyil, bütün mənfi düşüncələriniz də kainatla əlaqə yaradır və həyata təsir edir. Odur ki, cazibə qanununa görə, fərdin başına gələn hər şey onun düşüncəsi ilə bağlıdır”.
Sevinc