Lotereya həvəskarları: Bu marağın səbəbi nədir?

SOSİAL
20:05 / 21.04.2025
49

Ölkəmizdə lotereya oyunlarına maraq hər zaman yüksək olub.

Az qala hər binanın, hər məhəllənin girişində, ticarət mərkəzlərinin, metroların qarşısında loteraya bileti satanlar var.

Bəzi insanlar şansını yoxlamaq üçün bir neçə bilet alır. Ancaq sonradan bu hal vərdişə çevrilir. 

Psixoloq Könül İsmayılova Hit.az-a deyib ki, axşamlar metro çıxışlarında yerə səpələnmiş lotereya biletləri insanı ümidsizliyə sürükləyir: 

“Kimisi o biletdən maşın, ev çıxacağı ümidi ilə yaşayır. Ancaq bilmir ki, həmin o kağız parçası onu da da zəiflədir, ruhunu qırır. Elə ailə var ki, illərdir lotereya oyunu oynayır. Hər həftə, hər gün həmin kağız parçasına müəyyən qədər vəsait xərcləyir, ancaq ortada məyusluqdan başqa heç nə yoxdur. İllərdir kağız parçasına verdiyi pulları toplasa, bəlkə özünə nəsə bir gün ağlayardı, ancaq ümidsizlik və iradəsizlik insanları məhvə aparır”.

Sevinc

0