Azyaşlı, məktəb yaşlı qızların başının bağlamasını, hicab taxmasının şahidi oluruq. Altı yaşlı uşağa hicab geyindirmək nə dərəcədə düzgündür?
Sosioloq Fatimə Hacıbəyli Hit.-aza deyib ki, inanclı insanların övladların necə tərbiyə etməsi onların öz seçimidir:
“İslam qız uşağının inkişafına, təhsilinə daha böyük diqqət ayırmağı tələb edir. Dində belə bir ifadə var ki, qız uşağı ailə üçün rəhmətdir. Çünki, valideynlər qız uşağının mənəvi-psixoloji, fiziki inkişafına o qədər çaba sərf etməlidirlər ki, o zəhmətin müqabilində rəhmət qazanırsan. 6-7 yaşlı uşağa hicab geydirmək Allahın əmri deyil. Dində örtük var. Bu, İslamın gətirdiyi yenilik deyil, sadəcə, belə kiçik yaşda örtünmək dinin buyruğu sayılmır. 6-7 yaşlı uşağa hicab geydirib, yaşıdlarından fərqləndirmək düzgün deyil. Hicab geyinmək üçün müəyyən yaş həddi var. Həmin yaş həddindən sonra qızlar istəsə hicab bağlayar, istəməzsə bağlamaz.Uşağın uşaq kimi yetişməyi, böyüməyi daha gözəldir”.
Sevinc