Gündəlik qəbul etdiyimiz bəzi qidalar xoşbəxtlik hormonlarının miqdarını artırsa da, bəziləri əksinə stressə səbəb olur.
Hit.az stress, depressiyaya səbəb olan qidaları təqdim edir:
Şirniyyatlar - yavaş həzm olunan və qanda şəkəri tez artıran bütün qidalar stressə səbəb olur.
Şirniyyatlar da bu kateqoriyaya daxildir. Şirniyyat yeyən zaman insan özünü xoşbəxt hiss etdiyini düşünür.
Əslində isə bədəndə stress artırır və depressiya yaranır.
Qızardılmış yağlı ət gec həzm olunduğundan həddən artıq stressə səbəb olur.
Daha çox kartof, təmizlənmiş taxıl və taxıl məhsulları, meyvə şirələri, bitki mənşəli desertlər, şirniyyatlar və yüksək şəkərli içkilər istehlak edən insanların sağlam olmayan bitki əsaslı pəhriz indeksi var. Onlar daha tez-tez depressiyaya və narahatlığa meylli olublar, və ya bunun inkişaf riski yüksək olub.
Qəhvə - xolestrolun (piyə oxşar maddə) yüksəlməsinə səbəb olur.
Qəhvə normadan artıq qəbul edildikdə, xolestrol artır və insulinə mənfi təsir edir. Nəticədə stress yaranır.
Sevinc